18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Naxçıvan şəhərində bir qrup idmançının Heydər Əliyev Muzeyinə ekskusiyası təşkil olunub. Muzeyin zəngin ekspozisiyası ilə tanışlıq zamanı iştirakçılara məlumat verilib ki, dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada Ulu Öndərimizin uşaqlıq və gənclik dövrləri, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.